Əməkdar mədəniyyət işçisi vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar mədəniyyət işçisi vəfat etdi

Mədəniyyət

27 May 2025 09:54 978


Əməkdar mədəniyyət işçisi Babək Quliyev vəfat edib.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, 70 yaşlı fotoqraf mayın 25-i dünyasını dəyişib.

B. Quliyev uzun illər Mədəniyyət Nazirliyi sistemində fotoqraf, videooperator, nazirliyin Elmi-Metodik Mərkəzinin nəzdində video-foto studiyasının rəhbəri vəzifələrində işləyib. "Azərbaycanfilm" kinostudiyasında fəaliyyət göstərib. 90-cı illərdə Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır. Sezar pizza

2019-cu ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Azər Quliyev mərhumun qardaşıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!