Əməkdar mədəniyyət işçisinin son durumu açıqlandı -   Evə buraxılacaq

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar mədəniyyət işçisinin son durumu açıqlandı - Evə buraxılacaq

Mədəniyyət

29 Oktyabr 2025 14:25 573


Hazırda xəstəxanada müalicə olunan Füzuli Dövlət Dram Teatrının direktoruƏməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhətində müsbət irəliləyiş var.

Bu baradə "Yeni Sabah"a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

O bildirib ki, atasının vəziyyəti müsbət istiqamətdə irəliləyir: Toyuqlu pizza

"Bədənində olan passivliyi dəyişməyə çalışırlar. Bir aydır ki, yataq rejimindədir. Həkimlər səy göstərirlər. Yataq rejimində olduğu üçün ayağında keyləşmələr yaranıb. Artıq normal qidalanmaya keçib. Yaxın günlərdə evə buraxılacaq".

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev bir müddət əvvəl səhhətində yaranan problemlərə görə ağır vəziyyətdə “Məlhəm” hospitala yerləşdirilib. O, komaya düşmüşdü. 

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!