Əməkdar məşqçi dünyasını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar məşqçi dünyasını dəyişdi

İdman

27 Yanvar 2026 15:26 545


Əməkdar idman ustası və əməkdar məşqçi Mirəli Seyidov 69 yaşında vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, M.Seyidovun vəfatı haqda xəbəri Azərbaycan Karate Federasiyası yayıb.

O, uzun illər ölkəmizdə karate idman növünün inkişafına böyük töhfələr verib, karate idman növü üzrə 7-ci dan qara kəmər sahibi olub.  Dominos pizza

Mirəli Seyidov Azərbaycan karate məktəbinin formalaşmasında, gənc idmançıların yetişdirilməsində və idman etikası prinsiplərinin təbliğində əvəzsiz xidmətləri ilə seçilib. Onun zəhməti və insani keyfiyyətləri Azərbaycan idman ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilib.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!