Bir müddət öncə səhhətindəki problemə görə Türkiyəyə gedən Xalq artisti Rasim Balayevdən xəbər var.
Yenisabah.az-a danışan sənətkar müayinədən keçdiyini, səhhətindəki problemin zamanla düzələcəyini bildirib:
“Vəziyyətim normaldır. Türkiyədə həkimin qəbulunda oldum. O vaxt mənə demişdi ki, əməliyyatdan 3-4 ay sonra gələrsən, vəziyyətə baxarıq. Amma vəziyyət elə oldu ki, pandemiya oldu, uçuşlar dayandırıldı və gedə bilmədim. İyulun 5-dən uçuşlar başladı, mən də iyulun 21-i getdim, 26-ı vətənə geri döndüm. Həkim müayinə etdi, dedi ki, vəziyyətin normaldır. Mənim ağrılarım var idi, amma dedi ki, zamana ehtiyac var, zamanla sağalacaq, ağrılar azalacaq. Əməliyyat zamanı mənə titandan implant qoyublar, şübhəm var idi ki, bəlkə o, yerindən oynayıb, lakin həkim dedi ki, yaxşıdır, keçib gedəcək”. pizza sifarişi
Xalq artisti karantin rejimi yumşaldılarsa istirahətə yollanmağı planladığını da deyib:
“Heç inanmıram karantin qurtara. Yazırlar ki, hələ yarım il, bir il belə davam etmə ehtimalı var. Amma əgər yumşaldılmalar olsa, yollar açılsa, istirahət üçün xarici ölkələrə yox, öz bölgələrimizə istirahətə getmək istəyərəm. Azərbaycanda normal şəraiti olan, gözəl yerlər var. Karantini yumşaltsalar. Baxarıq görək nə edirik”.
Xatırladaq ki, Rasim Balayev bir neçə ay öncə Türkiyədə onurğa sümüyündən ağır əməliyyat keçirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız