Emil Bədəlov “TikTok“çu həmkarlarına lağ etdi

saytların hazırlanması

Evə çatdırılma

Emil Bədəlov “TikTok“çu həmkarlarına lağ etdi

Şou

18 İyul 2022 21:09 962


Müğənni Emil Bədəlov "TikTok"da canlı yayıma girən məşhurlara lağ edib.

Yenisabah.az axşam-a istinadla xəbər verir ki, sənətçi bu haqda "Səhər mərkəzi" proqramında danışıb.

O, aparıcı Tural Əsədovun ona ünvanladığı sualları cavablandırıb. "TikTok" olmasaydı..." sözlərinə Emil belə reaksiya verib: Dördpendirli pizza

"Tənbəl olmasaydım, oliqarx olardım. "TikTok" olmasaydı, bəzi məşhurlar acından ölərdilər. Əsəbiləşirəm, bu haqda danışmayaq. "TikTok"da bəzi insanlar var. Mən də girib baxıram. İnanmırdım ki, həyatda onları görüm. Belə adam olar?"

Şou-biznesdəki qalmaqallardan danışan ifaçı deyib: "Camaata qalmaqal maraqlıdır. Kimin qalmaqalı çoxdur, onun toyu da çoxdur. Kim bütün günü sosial şəbəkədə görünürsə, toyları boldur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!