Azərbaycanlı müğənni və biznesmen, xalq artisti Emin Ağalarov atasının "Crocus Group" şirkətindən ayrılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə onun özü məlumat verib.
“Crocus Group”un birinci vitse-prezidenti vəzifəsində çalışan Emin Ağalarov diqqəti öz layihələri üzərində cəmləşdirmək niyyətində olduğunu bildirib. Sezar pizza
"Biz atamla ("Crocus Group"un sahibi Araz Ağalarov - red.) danışdıq və birgə qərar verdik ki, mənim vəzifələrim şirkətin aparıcı top-menecerləri arasında bölüşdürüləcək", - o qeyd edib.
Emin Ağalatov şirkətdən getməsini bir çox başqa layihələrinin olması ilə izah edib. "Hazırda mən öz layihələrimlə - "Sea Breeze" kurort şəhəri, fitness klublar şəbəkəsinin, eləcə də restoranlar şəbəkəsinin inkişafı ilə məşğulam ", - deyə Emin Ağalarov əlavə edib.
Emin Ağalarov 2001-ci ildən "Crocus Group"da çalışır, 2014-cü ildən şirkətin birinci vitse-prezidentdir. Moskva vilayətində şirkət "Crocus Expo" sərgi mərkəzinə, "Crocus City Hall" konsert zalına, "Vegas" ticarət və əyləncə mərkəzlərinə və "Tvoi Dom" hipermarketlərinə sahibdir.
Telegram kanalımız