Emin Ağalarov lüks avtomobilini satışa çıxarır -   Video

saytların hazırlanması

Evə çatdırılma

Emin Ağalarov lüks avtomobilini satışa çıxarır - Video

Avto

13 Dekabr 2024 08:57 5673


Xalq artisti Emin Ağalarov dünyaca bahalı və lüks avtomobilini satışa çıxarıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşıb.

Müğənni “Rolls Royce Spectre” markalı avtomobilini 400 000 ( təxmini 680 000 manat) dollara təklif edir. Marqarita pizza

Sosial şəbəkədə paylaşdığı görüntülərdə Ağalarov sükan arxasına əyləşərək sözügedən avtomobili testdən keçirib və onun fərqli xüsusiyyətlərinə, keyfiyyətli məqamlarına toxunub.

“Sehrli xalça uçuşu” ilə müqayisə edilən Ağalarovun sahib olduğu avtomobil  “Rolls Royce ” Motor Cars tərəfindən istehsal edilən ən güclü avtomobildir.

Qeyd edək ki, 2020-ci ildən bəri “Rolls-Royce” satışları 17% artaraq keçən il dünya üzrə 6032 avtomobil təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!