Emin Əmrullayev nazir postundan gedir

saytların hazırlanması

Evə çatdırılma

Emin Əmrullayev nazir postundan gedir

Siyasət

14 Noyabr 2023 08:22 37877


Yaxın günlərdə hökumətdə növbəti kadr dəyişiklikləri ola bilər.

Məlumatlı mənbədən Gununsəsi.info-ya verilən xəbərə görə, Elm və təhsil naziri Emin Əmrullayev nazir postundan kənarlaşdırılacaq. Onun Dövlət İmtahan Mərkəzinə (DİM) rəhbər gətiriləcəyi gözlənilir.

Mənbə bildirib ki, E.Əmrullayevin mühüm postdan uzaqlaşdırılması təhsil sektorundakı mövcud vəziyyətlə bağlıdır. Sezar pizza

“Elm və təhsil sektoru büdcədən ən böyük vəsait alan istiqamətlərdən biri olsa da, effektiv nəticələr yoxdur. Orta təhsil yenə repetitorluğun ümidinə qalıb, məktəb direktorlarının təyinatındakı subyektiv amillər, mediaya sızan korrupsiya qalmaqalları, habelə ali təhsil sistemində göz dəyən uğurların olmaması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi siyasətin icra olunmadığını göstərir.

“Bununla yanaşı, E.Əmrullayevin cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə parlament üzvlərinə qarşı sayğısız münasibəti də ona qarşı inamsızlıq yaradır”, – deyə mənbə vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Leyla
    Əlaaaa, Çox sevindim, bu şəxs nazir olandan MİQ biabırçı vəziyyətinə düşdü. Çox sevinirəm getməsinə.
    2 years ago
  • İmran
    Çox təəssüf edirəm ki,təhsilimiz çox ləngiyir.Mənim fikrimcə dərsliklərə nəzər salınmalıdır,imtahan fərqliliyi olmalıdır.
    2 years ago
  • Tunar
    Tehsil sifirdi insAllah tezlikli getsin usaqlari bos bos seylerle yukleyirler ikinci sinif usagina bir ders vurma bir ders bolme ayirilib bu usaq akademikdiki ya kompyuter bu qeder tez her seyi qavraya hefte 8 men 9 summativ biz 5den sonra kecdiklerimizi usaqlar 4cu sinife qeder kecirler
    2 years ago
  • Amil müellim
    Bu halda bir neçe sual yaranır. Eger cenab nazirimize qarşı inamsızılıq yaranıbsa, hemin nazirimizi ne üçün yeterince şeffaf işleyen bir müessiseye DİM-e rehber gönderirler? Ve hemin inamsızlıq yaradan cenab nazirimiz DİM-de de özünü doğrultmayıb, orada da inamsızlıq yaradarsa ve bu DÜM-in imicine zerer vuracaqsa bunun sonrası nece olacaq? Tecrübe aparılır ya nece?
    3 years ago
  • Aslan
    Kaski biz telebeleri de basa dusen biri gelse Tehsil Sektoruna 6 ildi Aile Ve Ev Tehsili ixtisasini bitirmisem basa dusen yoxdu ki bu ixtisasi acmisamsa her Rayonda en azndan 1dene de olsa Mekteb acim bu ixtisasda isleye bilsin diplomu uzre yoxsa 4 il oxu diplom qalsin elinde :(
    3 years ago
  • Aslan
    Kaski biz telebeleri de basa dusen biri gelse Tehsil Sektoruna 6 ildi Aile Ve Ev Tehsili ixtisasini bitirmisem basa dusen yoxdu ki bu ixtisasi acmisamsa her Rayonda en azndan 1dene de olsa Mekteb acim bu ixtisasda isleye bilsin diplomu uzre yoxsa 4 il oxu diplom qalsin elinde :(
    3 years ago
  • Xəyalə İmaməliyeva
    Emin Əmrullayev nəinki nazir postundan,ümumiyyətlə təhsildən uzaqlaşdırılmalıdır.Onun nazir postuna oturmağı bizə baha başa gəldi.Onsuz da yaxşı vəziyyətdə olmayan təşkili iflic etdi.Əvvəllər gizli olan rüşvətxorluq açıq bazar oldu.MİQ imtahanlarını o qədər biyabırçı vəziyyətə gətirib ki,böyük bir müəllim ordusu canından bezib.Prezidentimizden xahiş edirəm ki,Emin Əmrullayevi təhsildən tamamilə uzaqlaşdırsın.Onun təhsildən anlayışı yoxdu!
    3 years ago
  • Ramil
    Bu kimdi? Hara gedir? Ümumiyyətlə hardan gəlmişdi? Ay qardaşlar kim tanıyır bunu?
    3 years ago
  • Nazəni
    Cox yaxsi getsin.Onun elme hecbir qatqisi yoxdu dahada berbad gune qoydu tehsili.Azerbaycanda tehsil Misir Merdanovla getdi yene yaxsi pis onun dovrunde var idi indi ise sifir derecededir tehsil.
    3 years ago
  • Nergiz
    Çox yaxşı . Çoxdan getməli idi. Az çox olan təhsili də məhv etdi. Regional təhsil idarələrində və rayon təhsil sektirlarının bir çoxlarında rüşvət, özbaşballq baş alıb gedir. Vəziyyət o hala çatıb ki regional idarənin və rsyon sektorunun müdirləri 20-30 ilin işçilərini səbəbsiz olaraq işdən azad edirlər.və deyirlər ki səninlə işləmək istəmirik. Bu haqqı kim verib onlara. Vənab nazir hara baxır
    3 years ago
  • Aynur
    Hörmətli təhsil nazirimiz Emin Əmrullayev! Çox xahiş edirəm məktəblərdə psixoloqların işınə də baxilsın.Psixoloji xidmət göstərmək üçün psixoloqlara lazımi vəsait verilsin.Psixoloqlarin təkmilləşdirilməsi üçün təlimlər keçirilsin... Arzulayıram ki,bu yazdıqlarımı həqiqətən eşıdib bir tədbir görəydi TN-i...
    3 years ago
  • Bakidan
    Ela. Coxdan getmeli, senlik deyil bura. Bura xalqin icinden sade muellim, en awagisi 30 iL staji ile. Butun problemleri icinden bilen Insan !!!
    3 years ago
  • Bakidan
    Ela. Coxdan getmeli, senlik deyil bura. Bura xalqin icinden sade muellim, en awagisi 30 iL staji ile. Butun problemleri icinden bilen Insan !!!
    3 years ago
  • Bakidan
    Ela. Coxdan getmeli, senlik deyil bura. Bura xalqin icinden sade muellim, en awagisi 30 iL staji ile. Butun problemleri icinden bilen Insan !!!
    3 years ago
  • Men R.
    Heyf bizim usaqligimizdan bizim dersliklerimizden.en gozel muellime sagird o illerde idi.indi her sey berbad gunundedir.geri qayitsin 90lardan 2010a qeder olan iller
    3 years ago
  • VƏfa
    Emil müəllim.xahiş edirik ki,49.50 bal toplayan müəllimləri 30 bal toplayan müəllimlərdən fərqləndirəsiniz.50 balla 51 bal arasındakı 1 bal fərqini görürsünüz,ancaq 30 balla 49 bal arasındakı 19 bal fərqini görməzdən gəlirsiniz.Bu müəllim.işini dəyərsiz edir.Birdə.bu bölgüyə.birdə.baxılsa yaxşı olar.
    3 years ago
  • Abdullayeva Günay
    Emin müəllim xaiş edirik məktəblərə servis verəsiniz.yollarda avtobus gozlemekden,uşaqları sıxlıqla aparmaqdan bu camaat bezir.ders bitir 7tamamda biz axşam 8de eve güclə çatırıq.hele qış başlamayib biz eziyyet çəkirik.siz razı olarsız usaqiniz saat2de derse gedib 7tamamda çıxıb dayanacaqda yarım saat avtobus gözləsin.ibtidai uşaqlara bele eziyyet sizcə doğrudurmu?
    3 years ago
  • Ləman Qənbərova
    Dərslikləri gözdən keçirmək lazımdır.Əsas məsələ budur.Repititor yanına getməyən uşaq dərslikdən nəsə öyrənə bilmir.Hər şeyi yarımçıq qoyublar,Azərbaycan dili dərsliklərinin vəziyyəti sıfır.Ədəbiyyatda bərbad əsərlər,mənasız söz yığınından ibarət şeirlər...Dərsliklərin vəziyyəti düzəlsə və sinifdə olan şagird sayı minimuma endirilsə,hər şey yoluna düşəcək.1 sinfə 40-45 uşaq yığıb dərs keçmək olmur.Bunun qaydasını izah etmək var,köhnə dərsi soruşmaq,ev tapşırığını yoxlamaq,müzakirəsini təşkil etmək var.Vaxt çatmır.Bu problemlər həll olunsun.
    3 years ago
  • Rəcəb
    Azərbaycan da Məkteb rəhberleri iş qura bilmirlər.Məktəb rəhberlerin birinci səhvi həm şagirdlərə həm müəllimlərin saysız hesabsız icazə verilməsi.Məkteb rəhbəri hər tərəfli güclü olmalı,bacarıqlı və gözü tox olmalı.Azerbaycanda isə əksinədir.
    3 years ago
  • Asadov Intiqam Aziz oqli
    Qarabağ RTİ - yə sentyabrin 29- dan 3 dəfə ,ETN- ə 4 teleqramma , 5 elektron muraciət , 146 - ya 1 zəng etmişəm . Korrupsiya barədə . Hələ heç bir muvafiq cavab almamisam .
    3 years ago
  • RAHİM
    FƏRQİ YOXDUR. KİM GƏLSƏ DƏ HEÇ BİR MÜSBƏT NƏTİCƏ OLMAYACAQ.
    3 years ago