“Əminəm ki, bir ilədək azərbaycanlılar İrəvana, biz isə Bakıya sərbəst gəlib-gedəcəyik...”

saytların hazırlanması

Evə çatdırılma

“Əminəm ki, bir ilədək azərbaycanlılar İrəvana, biz isə Bakıya sərbəst gəlib-gedəcəyik...”

Siyasət

25 Oktyabr 2021 19:04 5686


“Əminəm ki, bir il ərzində azərbaycanlılar sərbəst olaraq nəinki Sünikə(Sönük-Zəngəzur-S.L.), həm də İrəvana gəlib-gedəcək,  biz isə Bakıda və Zəngilanda olacağıq...”.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə, bu sözləri  Ermənistan parlamentinin “Vətəndaş anlaşması” partiyasından olan deputatı Armen Xaçatryan söyləyib.

Xatırladaq ki, “Vətəndaş anlaşması” partiyasının lideri Ermənistanın hazırkı baş naziri Nikol Paşinyandır. Təşkilat ilk olaraq 2013-cü ildə deputat N.Paşinyan tərəfindən birlik kimi yaradılıb, 2015-ci ildə isə partiya kimi qeydiyyatdan keçib.  pizza mizza

2017-ci il parlament seçkilərində “Vətəndaş anlaşması”, “Maariflənən Ermənistan” və Respublika partiyalarının bloku parlamentdə 9 yer alıb və üzvlər “Yelk” (“Çıxış”) fraksiyasını yaradıblar.

2021-ci ildə keçirilən parlament seçkilərindən sonra da “Vətəndaş anlaşması” parlamentdə yerlərin böyük əksəriyyətini saxlaya bilib./Moderator.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!