Əmisinin evindən 8 minlik qızıl oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Əmisinin evindən 8 minlik qızıl oğurladı

Kriminal

17 Fevral 2019 19:07 1078


Abşeron rayonunun Novxanı kəndində oğurluq edən şəxs saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, kənddə bir mənzildən oğurluq edilməsi barədə daxil olan məlumatla bağlı polis əməkdaşları dərhal hadisə yerinə baxış keçirib və əməliyyat-istintaq tədbirlərinə başlanılıb.

Çox keçmədən baş vermiş hadisənin üstü "isti izlərlə” açılıb. Polis əməkdaşları, öz əmisinin evindən 8 min manatlıq qızıl-zinət əşyaları oğurlayan Mətləb Cavadovu tutaraq istintaqa təhvil verib. O, ilkin ifadəsində hadisədən peşman olduğunu və bu cinayəti narkotik maddə aludəsi olduğu üçün törətdiyini etiraf edib. Sezar pizza

Əvvəllər də məhkumluq həyatı yaşayan Mətləb Cavadov oğurluq yolu ilə əldə etdiyi qızılların bir hissəsini Sumqayıtda, qalanını isə ayrı-ayrı şəxslərə pul müqabilində satdığını bildirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!