Fransa Prezidenti Emmanuel Makronun Suriyaya səfəri zamanı gecələdiyi otelin yaxınlığında baş verən partlayışlar nəticəsində xəsarət almayıb.
"Yeni Sabah" Le Figaro-ya istinadla xəbər verir ki, bu barədə Elize Sarayı məlumat yayıb.
Makron səfərini davam etdirir. O, bir neçə fransız iş adamının müşayiəti ilə Suriya paytaxtına gəlib. Bu, bu ölkədə hakimiyyət dəyişikliyindən sonra Qərb liderinin Suriyaya ilk səfəridir. pizza hut
O, Üməyyə məscidinə baş çəkib.
E. Makronun hələ də tünd eynək geyməsi diqqətdən yayınmayıb. O, bu ilin yanvarından qapalı məkanlarda eynək taxmalı olur.
Makronda gözün ağ hissəsində damar partlaması, tibbi dildə desək, subkonjonktival qanaxma müşahidə olunub. Bu hal zərərsizdir, ağrı yaratmır, görməyə təsir etmir və adətən iki həftə ərzində öz-özünə keçir.
Belə vəziyyət güclü asqırma, öskürmə və ya gözün ovulması nəticəsində yarana bilər. Diabet və yüksək təzyiqdən əziyyət çəkən şəxslərdə risk daha yüksəkdir.
Telegram kanalımız