YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Ən çox hansı ölkədən turist gəlir? – “Ərəblər deyil“

Ən çox hansı ölkədən turist gəlir? – “Ərəblər deyil“

Xalqın səsi

27 Aprel 2022 10:04 8306


"Azərbaycana gələn turistlərin hələ də böyük qismi Bakı şəhərinə üstünlük verirlər. Turizm imkanları baxımdan regionlar hələlik paytaxt ilə rəqabət apara bilmirlər".

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov bildirib.

O qeyd edib ki, bu ilin birinci rübündə ölkəmizə gələn turistlərin 70,8 faizi Bakıda otellərdə qalıb.

"Bu isə o deməkdir ki, orta hesabla Azərbaycana gələn hər 100 turistdən 70-si Bakıdan kənara çıxmır. Göründüyü kimi, turistlərin rayonlara marağının artırılması üçün sistemli tədbirlərin genişlənməsinə, stimullaşdırıcı kampaniyaların təşkilinə ehtiyac var.

Statistika göstərir ki, 2022-ci ilin ilk aylarında turizm sektorunda canlama bərpa edilib. Eyni zamanda, Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 263,3 min olub. Bu da ümumi gecələmələrin 60,5 faizini təşkil edir".

Vüqar Bayramov bildirib ki, statistika görə ölkəyə gələn tursitlərin sayında və hotellərdə gecələmələrdə Rusiyadan gələnlər öndədirlər:

"Bu sahədə digər diqqəti çəkən məqam turizm obyektlərinin və hotellərinin gəlirlərinin artmasıdır. 2022-ci ilin birinci rübündə mehmanxanaların gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz artaraq 59,7 milyon manat olub.

Birinci rübün nəticələri göstərir ki, karantin qaydalarının yumşaldılması həm gəlmə, həm də daxili turizmin dövriyyəsinə müsbət təsir göstərib. Mövcud tendensiya yeni turizm mövsümündə ölkəyə gələn xaricilərin sayının artacağından xəbər verir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!