Ən çox kitab oxuyan məmur mükafat alacaq

saytların hazırlanması

Evə çatdırılma

Ən çox kitab oxuyan məmur mükafat alacaq

Maraqlı

16 Yanvar 2026 15:09 814


Özbəkistanda ən çox kitab oxuyan dövlət qulluqçularına maaşları məbləğində əlavə mükafat veriləcək.

“Yeni Sabah” “One.uz”a istinadən bildirir ki, ölkə hökuməti yeni dövlət proqramı qəbul edib.

Proqrama əsasən, bütün dövlət qurumlarında 1 aprel tarixinədək “kitab guşələri” yaradılmalı, həmçinin məcburi aylıq “oxu saatları” tətbiq olunmalıdır. Bundan əlavə, əməkdaşların oxu fəallığına görə qiymətləndiriləcəyi daxili reytinq sistemi fəaliyyətə başlayacaq. Marqarita pizza

Təşviqlər şagirdlər və tələbələr üçün də nəzərdə tutulub. Oxuduqları kitabların sayına görə ilk 100-lüyə daxil olan iştirakçılar 10,3 milyon suma qədər (təxminən 1470 manat) mükafat ala biləcəklər.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!