Ən çox nəzərə gələn   3 bürc

saytların hazırlanması

Evə çatdırılma

Ən çox nəzərə gələn 3 bürc

Maraqlı

07 Aprel 2025 15:12 875


Ətrafınızda elə insanlar olur ki, hara getsələr, sanki işıq onları izləyir. Onların duruşu, danışığı, sadəcə varlığı belə fərq edilir. Sizinlə eyni otaqda olduqda belə, diqqət özbaşına onlara yönəlir. Hətta bəzən özünüz də bilmədən “bu adamda nə isə var” deyə düşünürsünüz. Maraqlıdır ki, bu cür diqqət çəkici insanların sirri tək xarici görünüşlərində və davranışlarında deyil – ulduzlar da onların tərəfindədir.

Yenisabah.az ən çox nəzərə gələn bürcləri təqdim edir:

Əqrəb - Əsrarəngiz və xarizmatik pizza

Əqrəb bürcü Şərq astroloqlarının siyahısında ilk yerdə gəlir. Onun diqqətçəkici olması təsadüfi deyil. Əqrəblər dərin baxışları, sirli auraları və magnetik enerjiləri ilə harada olsalar, dərhal fərq edilirlər. Onlar çox vaxt səssiz görünə bilərlər, lakin bu səssizliyin arxasında böyük bir güc yatır. İnsanlar instinktiv olaraq əqrəblərə etibar edir, onlara maraq göstərirlər.

Əqrəblərin xarizmatik olmasının əsas səbəbi, özlərinə olan dərin inamları və daxili balanslarıdır. Onlar özlərini tanıyır, nə istədiklərini bilir və məqsədlərinə çatmaq üçün əzmkar şəkildə hərəkət edirlər. Bu isə onları lider ruhlu və cazibədar insanlara çevirir.

 Şir - Səhnənin parlaq ulduzu

Şir bürcü bəlkə də astroloji aləmdə diqqət çəkməyi ən çox sevən bürcdür və bu, heç də pis bir şey deyil. Şirlər doğuşdan liderdirlər və onların enerjisi, pozitivliyi, özünəinamı insanları valeh edir. Şərq astroloqları şirləri “təbiətcə cazibə mərkəzi” adlandırır.

Onlar təkcə zahiri gözəllikləri ilə deyil, içdən gələn parıltıları ilə insanları özlərinə çəkirlər. Ünsiyyətcil olmaları, zarafatcıl və mehriban təbiətləri sayəsində bir çox sosial ortamda özlərinə asanlıqla yer edirlər. Onların girdiyi məclisdə diqqət onların üzərinə çevrilir – sanki səhnəyə çıxan aktyor kimi!

Tərəzi – Zəriflik və zəka simvolu

Şərq astroloqlarının siyahısında üçüncü yeri tərəzi bürcü tutur. Bəlkə də bu, bir çoxlarını təəccübləndirəcək, lakin diqqətə layiq səbəbləri var. Tərəzilər estetik duyumları, yüksək diplomatiya bacarıqları və harmoniyaya olan ehtiyacları ilə fərqlənirlər. Onlar nə dediklərini bilir və insanlara necə davranmalı olduqlarını incə şəkildə hiss edirlər.

Tərəzilər həm qadınlar, həm də kişilər arasında cazibədarlıq simvolu kimi tanınır. Onların danışıq tərzi, bədən dili və seçdiyi geyim üslubu çox zaman insanlarda “bu insan fərqlidir” təəssüratı yaradır. 

Nazim Hacıyev

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!