Ən insafsız insanlar bu bürclərdən çıxır

saytların hazırlanması

Evə çatdırılma

Ən insafsız insanlar bu bürclərdən çıxır

Maraqlı

10 Oktyabr 2025 17:04 1171


Astroloqların fikrincə, bürclər arasında bəziləri soyuqqanlılığı, sərt qərar vermə qabiliyyəti və duyğulardan çox məntiqə əsaslanması ilə seçilir. Bu xüsusiyyətlər onları bəzən “insafsız” göstərir.

Yenisabah.az xəbər verir ki, ən çox diqqət çəkən bürclər isə Oğlaq, Əqrəb, Qız, Dolça və Şir hesab edilir.

Oğlaq bürcü zirvəyə çatmaq üçün hər şeyi qurban verməyə hazır olur. Məqsədlərinə çatmaq üçün başqalarının duyğularını nəzərə almadan hərəkət edə bilən Oğlaqlar, astroloqların fikrincə, bəzən insafsız görünür. pizza

Əqrəb bürcü isə intiqam duyğusu ilə tanınır. Onlara qarşı edilən xəyanəti unutmayan Əqrəblər, səssiz və təsirli şəkildə cavab verərək, insafsız davranışları ilə fərqlənir.

Qız bürcü insanlara qarşı çox tələbkar və tənqidi yanaşır. Hər şeyin mükəmməl olmasını istəyən Qızlar, səhvlərə sıfır dözümlülük göstərərək bəzən sərt və insafsız ola bilirlər.

Dolça bürcü hisslərdən çox ağıl ilə hərəkət edir. Obyektivlik naminə soyuqqanlı qalan Dolçalar, başqalarının əziyyətini görsələr də, duyğusuz görünə bilirlər.

Şir bürcü isə eqosuna toxunulduqda mərhəmətsiz olur. Qüruruna zərbə vurulan Şirlər, xəyanət gördüklərində bağışlamaq imkanını itirir və bu da onları bəzən insafsız göstərir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!