Ən qədim sənəd pəhləvi dilindədir - Arxiv direktoru

saytların hazırlanması

Evə çatdırılma

Ən qədim sənəd pəhləvi dilindədir - Arxiv direktoru

Mədəniyyət

10 İyun 2025 11:20 977


Dövlət Tarix Arxivində ən qədim sənəd 1705-ci ilə aiddir. Bu, qədim pəhləvi dilində yazılmış Quba xanlarına aid fərmanlar kolleksiyasıdır.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin direktoru Anar Mirəliyev bildirib.

Onun sözlərinə görə, arxiv 1930-cu ildən müstəqil fəaliyyət göstərir: pizza

“1929-cu ilə qədər dövrü əhatə edən tarixi sənədlər burada mühafizə olunur. Ümumiyyətlə, Tarix Arxivində 757 fond, 1 123 siyahı, 240 123 saxlanma vahidi mühafizə olunur. Bundan başqa, XIX əsrin əvvəllərindən 1920-ci ilə qədər Rusiya imperiyası dövründə Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatını əks etdirən əvəzsiz sənədlər mühafizə edilir.

Qorunan ən qiymətli sənədlərə Qarabağ xanlığının Rusiyaya birləşdirilməsinə dair (1805) sənədlər, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin nüsxələri daxildir. Elə qapıda sizi qarşılayan sənəd də Türkmənçay müqaviləsinin nüsxəsidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!