Ən ucuzu dörd min manata iş satan sabiq rəis köməkçisinə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Ən ucuzu dörd min manata iş satan sabiq rəis köməkçisinə hökm oxundu

Kriminal

12 İyun 2024 23:55 467


Fövqəladə Hallar Nazirliyinin dələduzluqda ittiham edilən Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 21 nömrəli Yanğından mühafizə hissəsinin rəis köməkçisinə hökm oxunub.

"Qaynarinfo"nun məlumatına görə, 21 nömrəli Yanğından mühafizə hissəsinin rəis köməkçisi işləmiş Nahid Həsənov (soyad şərti) iki il sözügedən vəzifədə işlədiyi dövrdə xeyli miqdarda özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etməyə cəhddə ittiham edilib.

Ona Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. pizza

Belə ki, Nahid sözügedən vəzifədə işlədiyi dövrdə Fuad Bayramovu və Rasif Ağasızadəni Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə 4 000 manat müqabilində işə düzəldəcəyini vəd edib. Həmin şəxslərə bildirib ki, 5 avqust 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin hospitalında hər ikisi həkim komissiyasından keçəcək və avqustun 10-a qədər əmrləri veriləcək. Bu yolla onlardan pulları alaraq mənimsəyib.

Bundan başqa, Siyəzən rayon sakini Asif Paşayevi Sumqayıt Regional FHN-də yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verərək, onun yaxınından 4 000 min manat alıb.

Nahid eyni üsuldan istifadə etməklə bir neçə şəxsdən də 6 000 və 4 270 manat pul alıb.

Məhkəmənin qərarı ilə Nahidə 2 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!