“Ən vacibi İranla sakitliyi saxlamaqdır“ - Əmirbəyov

saytların hazırlanması

Evə çatdırılma

“Ən vacibi İranla sakitliyi saxlamaqdır“ - Əmirbəyov

Siyasət

12 Aprel 2023 12:56 685


“Ən əsası İranla münasibətlərdə sakitliyi saxlamaqdır”.

Yenisabah.az xəbər verir ki, bunu "i24NEWS"a müsahibəsində  Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib.

O, Tel-Əvivdə yeni səfirliyin açılışını alqışlayıb:  pizza hut

“İlk növbədə, İsrail Azərbaycan üçün çox mühüm strateji tərəfdaşdır. O, Azərbaycanın dostudur. Düşünürəm ki, səfirlik açmaq qərarı münasibətlərimizdə onilliklər ərzində baş verən təkamülün nəticələrini əks etdirir”.

İsrail-Azərbaycan münasibətlərinin yaxşılaşdığı bir vaxtda Əmirbəyov yəhudi dövlətinin Yaxın Şərqdəki əsas rəqibi olan İranla diplomatiyanın vacibliyini vurğulayıb:

“Bizim üçün böyüklüyünə və tarixinə görə mühüm qonşu olan İranın yaxşı qonşu olaraq qalması vacibdir”.

Təxminən 20-30 milyon iranlının Azərbaycan mənşəli olduğunu deyən Əmirbəyov qeyd edib ki, fərqli baxışlara baxmayaraq, Bakı ilə Tehran arasında layiqli münasibətlər çox mühümdür:

“Ən vacibi sakitliyi saxlamaq, regionda sabitliyi təmin etməkdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!