Enerji içkisinin qurbanı olan aparıcı xalq artistinin nəticəsidir

saytların hazırlanması

Evə çatdırılma

Enerji içkisinin qurbanı olan aparıcı xalq artistinin nəticəsidir

Kriminal

04 Mart 2019 22:46 997


Enerji içkisindən dünyasını dəyişdiyi deyilən Aydan Vəliyeva korifey sənətkar, SSRİ xalq artisti Bülbülün nəticəsidir.

Bu barədə mərhum Aydan Vəliyevanın yaxınları məlumat veriblər. Onlar bildiriblər ki, A.Vəliyeva talassemiya xəstəliyindən vəfat edib və onun həddindən artıq enerji içkisi qəbul etdiyi üçün vəfat etməsi haqda yayılan məlumatlar əsassızdır:

“Xahiş edirik, bu ağrılı günümüzdə yalan xəbərlər yaymasınlar. Ətrafımızdakı hər kəs bilir ki, Aydan talassemiya xəstəliyindən əziyyət çəkirdi”. 26 yaşlı A.Vəliyeva böyük sənətkar Bülbülün oğlu Çingiz Bülbüloğlunun qız nəvəsi olub. Aydan Vəliyeva həmçinin “Azərkitab”ın əməkdaşı kimi fəaliyyət göstərirdi. Toyuqlu pizza

Qeyd edək ki, bundan əvvəl Yenicag.az saytı Aydan Vəliyevanın enerji içkilərindən çox istifadə etməsi nəticəsində komaya düşdüyünü, martın 2-də isə dünyasını dəyişdiyini yazmışdı.

Kult.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!