Entso Mareska “Mançester“ə keçə bilər

saytların hazırlanması

Evə çatdırılma

Entso Mareska “Mançester“ə keçə bilər

İdman

01 Yanvar 2026 19:58 729


İngiltərənin "Çelsi" klubunun sabiq baş məşqçisi Entso Mareska Premyer Liqanın digər təmsilçisi "Mançester Siti"ni çalışdıra bilər.

"Yeni Sabah" "The Athletic"ə istinadən məlumatına görə, 45 yaşlı italiyalı mütəxəssis London klubundan ayrılmazdan əvvəl Mançester təmsilçisi ilə danışıqlar aparıb.

E. Mareska bu gün "Çelsi"nin baş məşqçi postundan rəsmən ayrılıb. Komanda onun rəhbərliyi altında UEFA Konfrans Liqası və klublararası dünya çempionatının qalibi olub. Sezar pizza

Qeyd edək ki, "Çelsi" 19 turdan sonra 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 40 xala malik "Mançester Siti" isə ikinci yerdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!