Epidemiya ilə bağlı deputatdan çağırış

saytların hazırlanması

Evə çatdırılma

Epidemiya ilə bağlı deputatdan çağırış

Sağlamlıq

02 Fevral 2019 17:57 1274


“Tək Azərbaycanda deyil, digər ölkələrdə də, xüsusilə, qış fəslində virus infeksiyalarının yayılması müşahidə olunur. Amma bizdə bu epidemiya şəklində deyil”.

Bunu  ölkəmizdə 16 nəfərdə A/H1N1 virusunun aşkarlanmasından danışarkən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev söyləyib.

O qeyd edib ki, bu kimi hallar qanunvericiliklə əlaqədar məsələ olmadığından, komitənin deyil, Səhiyyə Nazirliyinin səlahiyyətindədir: “Ağır formada keçirilən virus infeksiyasının, analizlərlə tam təsdiq olunmayıbsa, quş yaxud donuz qripi olduğunu dəqiq deyə bilmərik. Analizlərin nəticələri ortaya qoyulduqda və müəyyən bir toplum içərisində virus yayıldıqda, ciddi tədbir görməyə ehtiyac yaranır. pizza hut

Məlumatıma görə, Respublika Kliniki Mərkəzinin İnfeksiya şöbəsində xüsusi mərtəbə ayrılıb, yalnız qrip infeksiyası ilə müraciət edənlər üçün fəaliyyət göstərir. Orada da ciddi, ağır vəziyyətdə olan xəstələr yoxdur”.

Deputat qeyd edib ki, Səhiyyə Nazirliyinin infeksiyaların yayılmasını önləmək üçün gördüyü işləri dəstəkləyir. O, bununla yanaşı, əhalinin maarifləndirilməsinin vacibliyini də vurğulayıb: “Epidemiya əleyhinə görülən tədbirlər kifayət qədər yüksək səviyyədədir. Amma paralel olaraq, əhalinin ciddi maarifləndirilməsinə böyük ehtiyac var. Toplum halında, insanlara müxtəlif xəstəliklər, onların əlamətləri, müalicə yolları, həkimə müraciət etməyin vacibliyi barədə məlumatlar geniş çatdırılmalıdır.

Önləyici tədbirlərin effektiv olması üçün paralel maarifləndirmənin artırılması önəmlidir. Əhali həm özünü, həm də ailə üzvlərini, ətrafındakıları qorumağı öyrənməlidir. Əgər ailə üzvlərindən biri xəstədirsə, mütləq tibbi maska taxmalı, digər şəxslərlə yaxın kontaktdan çəkinməlidir. İctimai nəqliyyatdan istifadə edərkən, kollektiv içərisində olarkən, məsafənin saxlanmasına, dezinfeksiyaedici preparatlardan istifadəyə diqqət edilməlidir. İnsanlar immunitet vəziyyətindən asılı olaraq, özlərini qorumalıdırlar. Əgər infeksiya varsa, Səhiyyə Nazirliyi hər kəsə nəzarət üçün bir həkim qoya bilməz. Ona görə, fərd olaraq, hər kəs səhhətinin qeydinə qalmaqda maraqlı olsun”.

Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!