Ər arvadı maşın vurdu

saytların hazırlanması

Evə çatdırılma

Ər arvadı maşın vurdu

Kriminal

14 Mart 2019 11:28 1238


Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax avtomobil yolunun 414-cü kilometrliyində Şəmkir rayon Sabir kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Əzəlxan Xeyrəddin oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakinləri - 1942-ci il təvəllüdlü Çingiz Talıb oğlu Hacıyevi və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Çinarə Əli qızı Heydərovanı vurub. Nəticədə hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə göndərilib.

Qeyd edək ki, hər iki şəxs Bakıdan Şəmkirə qonaq gedib. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!