Ər və arvadı maşınla vurub qaçdılar

saytların hazırlanması

Evə çatdırılma

Ər və arvadı maşınla vurub qaçdılar

Kriminal

28 Fevral 2019 13:15 1011


Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

Hadisə Maştağa qəsəbəsində baş verib. Xanlar massivində yaşayan  1972-ci il təvəllüdlü Əliyev Vahid Sabir oğlu həyat yoldaşı Afaq Əliyeva ilə yolu keçərkən onların hər ikisini naməlum avtomobil vurub. Zərbənin təsirindən V.Əliyev yol kənarındakı çuxura düşüb. Sürücü isə məsuliyyətdən yayınmaq üçün hadisə yerindən qaçıb. Nisbətən yüngül yaralanan A.Əliyeva Təcili Tibbi Yardıma müraciət edib. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. V.Əliyevin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıb. pizza

Ona.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!