İran XİN-in rəhbəri Abbas Əraqçi BƏƏ-nin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarında birbaşa iştirak etdiyini bildirib.
"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, o, Dehlidə BRICS xarici işlər nazirlərinin görüşündə qeyd edib:
"Əvvəlki açıqlamamda BƏƏ-dən bəhs etmədim; birlik naminə, bundan bəhs etməməyi seçdim. Amma deməliyəm ki, BƏƏ ölkəmə qarşı təcavüzkar hərəkətlərdə birbaşa iştirak edib. Bu təcavüz başlayanda onlar hətta onu qınamaqdan da imtina etdilər. Toyuqlu pizza
BƏƏ nümayəndəsi beynəlxalq hüquqdan danışır, amma xahiş edirəm mənə deyin: beynəlxalq hüququn hansı hissəsi səbəbsiz və əsassız təcavüz aktını dəstəkləməyə icazə verir?".
Bir müddət əvvəl İranın xarici işlər naziri İsraillə "əlbirlikdə olan" dövlətlərin məsuliyyəti barədə xəbərdarlıq etmişdi.
"Böyük İran milləti ilə düşmənçilik axmaq bir macəradır. İsraillə əlbirlikdə olmaq bağışlanmazdır. İsraillə nifaq salmaq üçün əlbir olanlar məsuliyyətə cəlb olunacaqlar", - Əraqçi sosial mediada yazıb.
Bu həftə İsrail Baş naziri Binyamin Netanyahunun ofisi onun BƏƏ-yə gizli səfər etdiyini və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayedlə görüşdüyünü açıqladı. Bu arada, BƏƏ Netanyahunun səfərini təkzib etdi.
Bundan əlavə, "The Wall Street Journal" qəzeti BƏƏ-nin İrandakı hədəflərə, o cümlədən Fars körfəzindəki Lavan adasındakı neft emalı zavoduna gizli şəkildə zərbələr endirdiyini bildirdi.
Telegram kanalımız