Ərazilərimizi minadan təmizləmək üçün 30 il vaxt:   Bu, Qarabağa köçü ləngidəcək?

saytların hazırlanması

Evə çatdırılma

Ərazilərimizi minadan təmizləmək üçün 30 il vaxt: Bu, Qarabağa köçü ləngidəcək?

Siyasət

15 Oktyabr 2022 11:33 1417


“Cənab Prezidentin səsləndirdiyi fikirlər tədbirdə iştirak edənlərə, ümumiyyətlə, o tədbiri izləyən beynəlxalq qurumlara və dövlətlərə ciddi bir mesaj idi ki, Ermənistan insanlığa yaraşmayan vəhşi və ağıla gəlməyən hərəkətlə məşğul olub”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O, dövlət başçısının açıqlamasını şərh edib. Pepperoni pizza

Xatırladaq ki, Prezident Əliyev deyib: “Ərazilərimizi minalardan təmizləmək üçün 30 il vaxt və 25 milyard dollar pul lazımdır”.

Deputatın sözlərinə görə, 1 milyondan çox mina elə-belə say deyil:

“Söhbət ondan getmir ki, əhalinin işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılması üçün 30 il vaxt lazım olacaq. Xeyr! Hamımız bunun şahidiyik ki, müharibə qurtaran ilk gündən həmin ərazilərdə təhlükəsizlik tədbirləri – minalardan və əlavə olaraq digər partlayıcı maddələrdən təmizlənmə prosesi çox sürətlə gedir.

Bununla yanaşı, paralel olaraq, təmizlənən ərazilərdə bərpa işləri gedir: yol infrastrukturu, enerji təminatı, rabitə, qaz, işıq, su, evlərin tikilməsi, iş yerlərinin açılması və s. Köçün dəqiq tarixləri də deyilir. Məsələn, bu yaxınlarda ölkə başçısı da bəyan etdi ki, Ağdama, Şuşaya, Füzuliyə və digər yerlərə qayıdış nə vaxt başlayacaq. Yəni bizə, məcburi köçkünlərə 30 il gözləmək lazım olmayacaq.

Artıq qayıdış başlayıb və əksər yerlərdə yaşayış var. İlk köçlər Zəngilan rayonunun İkinci Ağalı kəndinə başladı, ancaq artıq 2 ilə yaxındır ki, bütün işğaldan azad olunmuş ərazilərdə yaşayış var. Kimdir köçənlər? Hərbçilərimiz, polislərimiz, təhlükəsizlik xidmətinin əməkdaşları, orada bərpa-quruculuq və tikinti işləriylə məşğul olan insanlar. Onların sayı həddən artıq çoxdur. O cümlədən Şuşa, Laçın, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Füzuli və digər yerlərdə işlər gedir və bu insanlar orada yaşayırlar.

Böyük Qayıdış başlayıb. Yəni sadaladığım ərazilərə köç var və inşallah, bir neçə ilə bunu başa vuracağıq”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!