Ərbakanın partiyasından açıqlama: Sənədlərimiz qaydasındadır

saytların hazırlanması

Evə çatdırılma

Ərbakanın partiyasından açıqlama: Sənədlərimiz qaydasındadır

Siyasət

21 Mart 2023 17:12 701


Türkiyənin Yenidən Rifah Partiyasının sədri, sabiq baş nazir Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın prezidentliyə namizədliyi üçün Ali Seçki Komissiyasına müraciət zamanı təqdim olunmuş sənədlərlə bağlı partiyadan açıqlama verilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Yenidən Rifah Partiyasının rəsmi tviter səhifəsində paylaşım edilib. 

Bildirilib ki, Fatih Ərbakanın prezidentliyə namizədliyi ilə bağlı Türkiyə Ali Seçki Komissiyasına verilmiş sənədlərdə heç bir əskiklik yoxdur.  Dominos pizza

Qeyd edək ki, bundan əvvəl Ali Seçki Komissiyasının 18 nəfərin prezidentliyə namizədlik üçün müraciət etməsi barədə açıqlamasında F.Ərbakanın sənədlərində problem olduğu və düzəlişlər edilməsi üçün Ankara vaxtı ilə 17:00-a qədər zaman verildiyi vurğulanmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!