Ərdə olan bacısını başqa kişi ilə tutdu...

saytların hazırlanması

Evə çatdırılma

Ərdə olan bacısını başqa kişi ilə tutdu...

Kriminal

16 Fevral 2019 17:06 1140


Bakının Xətai rayonunda bacısını qısqanclıq zəminində bıçaqlamaqda təqsirli bilinən Niyaməddin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb. pizza hut

Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Əfsanənin qardaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlum olub ki, Niyaməddin Məmmədov ailəli olan bacısının başqa kişi ilə münasibətindən xəbər tutub və bu səbəbdən onu bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Ölkə.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!