Ərdoğan ailələrə veriləcək ilkin dəstəyin məbləğini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan ailələrə veriləcək ilkin dəstəyin məbləğini açıqladı

Dünya

08 Fevral 2023 17:43 1060


Türkiyə prezidenti Ərdoğan 10 vilayətdə böyük dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələlərin episentri olan Kahramanmaraşda olub.

Yenisabah.az xəbər verir ki, Prezident Ərdoğan zəlzələ qurbanlarının Antalya, Alanya və Mersində müqaviləli otellərdə qala biləcəyini bildirib.

Ərdoğanın çıxışında bütün dövlət qurumlarının bölgədə səfərbər olduğunu deyib:  Dominos pizza

“10 əyalətimizdə zəlzələ fəlakəti baş verib. Bu 10 vilayətin mərkəzi Kahramanmaraş idi. Təəssüf ki, indiyə kimi ölənlərin sayı 8574-dür. 

İnanıram ki, millətim indiyə qədər belə fəlakətlərdə göstərdiyi səbri bu bəlada da göstərəcəklər. Biz bütün imkanlarımızı səfərbər etmişik və dövlət bütün imkanları ilə AFAD başda olmaqla, AFAD-ın koordinasiyası ilə bələdiyyələrlə bu işləri həyata keçirir”.

Ərdoğan çıxışında hər ailəyə ediləcək maddi yardımın məbləğini də açıqlayıb:

“Zərərin hesablanması ilə yanaşı, müəyyən hazırlıqlar görəcəyik və ailələrə müəyyən dəstək verəcəyik.  Dövlət büdcəsindən vəsait ayırmışıq, İnşallah , bu büdcə ilə hökumət olaraq ailələrə 10 min lirə çatdıracağıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!