Ərdoğan Azərbaycan Prezidenti və digər ölkə liderləri ilə bir araya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Azərbaycan Prezidenti və digər ölkə liderləri ilə bir araya gəldi

Siyasət

09 Avqust 2022 21:47 1236


Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də 5-ci İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə qatılacaq digər ölkə liderləri və nümayəndələri ilə şam yeməyində bir araya gəlib.

Yenisabah.az xəbər verir ki, ziyafətə, həmçinin Fələstinin Baş naziri Məhəmməd İştiyyə, Albaniyanın Baş naziri Edi Rama, Əlcəzairin Baş naziri Əymən Bin Əbdürrəhman, Beynəlxalq İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) prezidenti və Səudiyyə Ərəbistanının idman naziri şahzadə Əbdüləziz bin Turki əl-Feysəl, Küveytin informasiya, mədəniyyət və gənclər naziri Əbdülrəhman Əl Mutairi qatılıb.

Qeyd edək ki, 56 ölkədən 4200 idmançının iştirakı ilə Türkiyənin ev sahibliyi etdiyi 5-ci İslam Həmrəyliyi Oyunlarının açılışı bu gün prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!