Ərdoğan Azərbaycan Prezidentinə üstündə Xarıbülbül təsviri olan saatlar hədiyyə etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Azərbaycan Prezidentinə üstündə Xarıbülbül təsviri olan saatlar hədiyyə etdi - Fotolar

Siyasət

26 Oktyabr 2021 18:38 776


Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üstündə Xarıbülbül təsviri olan saatlar hədiyyə edib.

Yenisabah.az xəbər verir ki, qardaş ölkənin lideri üstündə Şuşanın simvolu sayılan Xarıbülbülün əks olunduğu qol saatlarını Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra keçirilən görüşdə Azərbaycanın dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev deyib: "Təşəkkür edirəm. Gəlin, yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. Xarıbülbül təsviri də üstündə". Pepperoni pizza

Rəcəb Tayyib Ərdoğan: "Biz Şuşaya səfər etdik. Saatların üstündə Şuşa var, Xarıbülbül də Şuşanın simvoludur".

Prezident İlham Əliyev: "Bəli, elədir. Çox sağ olun, təşəkkür edirəm!"

Qeyd edək ki, R.T.Ərdoğan 2021-ci il iyunun 15-də Şuşada səfərdə olub. Həmin gün Azərbaycan və Türkiyə liderləri Şuşa şəhərində bəyannamə imzalayıblar./Report

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!