Türkiyənin yenidən Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərinə hazırlaşır.
Yenisabah.az Türkiyə KİB-lərinə istinadla xəbər verir ki, Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək. Orada həmkarı Ersin Tatarla görüşəcək.
Bir gün sonra, iyunun 13-də Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Türkiyə liderinin çərşənbə axşamı Azərbaycanda olacağı, həmkarı Prezident İlham Əliyev ilə görüşəcəyi bildirilir. pizza mizza
Qeyd edək ki, Ərdoğanın Bakı səfəri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Telegram kanalımız