Ərdoğan Azərbaycana səfəri barədə “Haber Global”ın sualını cavablandırdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Azərbaycana səfəri barədə “Haber Global”ın sualını cavablandırdı

Siyasət

22 Oktyabr 2021 11:20 1369


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edib.

Yenisabah.az xəbər verir ki, dövlət başçısı “Haber Global”ın baş yayın direktoru Tuba Atavın Azərbaycan səfərinin proqramı ilə bağlı sualını cavablandırıb.

Onun açıqlamalarını canlı yayımda izləyicilərə çatdıran Atav Ərdoğanın ölkəmizə ziyarəti çərçivəsində Bakıya gəlməyəcəyini, birbaşa Füzuli şəhərinə yollanacağını qeyd edib. Toyuqlu pizza

Türkiyə prezidenti Füzuli Beynəlxalq Hava Limanına gələcək ilk xarici dövlət başçısı olacaq. O, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə hava limanının açılışında iştirak edəcək, orada salınımış yeni infrastrukturla tanış olacaq. 

Bununla yanaşı, Türkiyə prezidenti, xüsusilə də İranla sərhəddə minalardan təmizlənmiş ərazilərdə salınan əkin sahələrini gəzəcək.

Həmçinin, Ərdoğan təyyarədə Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək Zəngəzur dəhlizi barədə də fikir bildirib. O, dəhlizin açılması istiqamətində işlərin davam etdiyini vurğulayıb.

İranla Azərbaycan arasında yaşanan son anlaşılmazlıqları da şərh edən Ərdoğan İranın İsraillə əlaqələr səbəbindən Azərbaycanı hədəf alacağını gözləmədiyini qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!