"NATO müttəfiqləri Ukraynada müharibə şəraitində Türkiyənin müdafiə sənayesinə açıq və ya üstüörtülü silah embarqosunu ləğv etməlidir".
Yenisabah.az xəbər verir ki, bunu NATO liderləri zirvəsindən sonra Türkiyə Prezidenti Ərdoğan bildirib.
O vurğulayıb: "Biz həmişə Krımın ilhaqına qarşı olmuşuq. Türkiyə Ukrayna-Rusiya müharibəsi vəziyyətində xüsusi mövqe tutur. Biölgəmizdə sülhün hökm sürməsinə çalışırıq. Danışıqları yaxından izləyir və dəstəkləyirik. Marqarita pizza
Ukrayna ilə Rusiya arasında müharibə bu gündən ilk ayını geridə qoyub. NATO müttəfiqləri olaraq qəbul etdiyimiz qərarlar çəkindirmə və müdafiə strukturunu gücləndirmək üçün atılan addımlardır. Alyansın Rusiya və üçüncü ölkə üçün təhlükə yaradacaq strukturunun olmadığını vurğuladıq".
Türkiyə prezidenti əlavə edib:
"Müttəfiqlərimizi qorumaq üçün tədbirlər görərkən təhlükəsizliyin bölünməzliyi prinsipinə diqqət çəkdik. Mən müttəfiqlərimiz qarşısında milli prioritetlərimizi və həssaslığımızı, o cümlədən terrorizmlə mübarizəni bir daha ifadə etdim. Türkiyə müttəfiqlik həmrəyliyi ruhuna əsaslanaraq, NATO-nun çəkindirmə və müdafiə tədbirlərinə lazımi töhfəni verməyə davam edəcək.
Bugünkü görüşümüz Madriddə keçiriləcək NATO sammiti üçün mühüm mərhələ təşkil edəcək. Madriddə NATO-nun yeni strateji konsepsiyası ön plana çıxacaq. Türkiyə də prosesə verdiyi töhfələrlə ittifaqın gələcəyində söz sahibidir. Siz çox yaxşı bilirsiniz ki, biz müharibənin əvvəlindən necə gərgin diplomatiya axınında olmuşuq.
Biz bölgəmizdə sülhün hökm sürməsinə çalışırıq. Biz danışıqları yaxından izləyir və dəstəkləyirik. Düşünürük ki, son həll Rusiya, Ukrayna və beynəlxalq ictimaiyyət tərəfindən qəbul ediləcək etibarlı düstura əsaslanmalıdır.
Türkiyənin müdafiə sənayesi məhsullarının uğurları göz qabağında olsa da, qarşılaşdığımız maneələrə haqq qazandırmaq olmaz. Bəzi müttəfiqlərimizin müdafiə sənayemizə qoyduğu məhdudiyyətləri aradan qaldırmaq bizim ümumi maraqlarımızdadır. Müttəfiqlər arasında açıq embarqoların həyata keçirilməsi bir yana qalsın, bu barədə danışmaq, hətta gündəmə gətirmək olmaz.
Müntəzəm təmaslarımla yanaşı, Aİ-nin müddətli prezidenti olan Fransa prezidenti, İtaliya, Estoniya, İspaniya və BƏƏ prezidentləri ilə ikitərəfli görüşlər keçirmişəm. Biz əsasən Ukraynadakı hadisələri müzakirə etdik, ikitərəfli gündəliyimiz çərçivəsində məsləhətləşmələr apardıq. Gömrük İttifaqının yenilənməsi, viza rejiminin liberallaşdırılması prosesində çevikliyin təmin edilməsi, ittifaqın inkişaf etdirdiyi ortaq müdafiə və təhlükəsizlik strukturlarında Türkiyəyə layiq olduğu yerin verilməsi ilə bağlı gözləntilərimizi bir daha bölüşdük.
Suriyadan Liviyaya, Yəməndən Ukrayna müharibəsinə qədər yaşadığımız bütün böhranlarda sistemin ədalətsiz quruluşundan doğan problemləri gördük və yaşadıq. Qlobal təhlükəsizlik arxitekturası islahatı indi qaçılmazdır. Bu, həm də uşaqlarımıza qarşı məsuliyyətimizin tələbidir. Bütün bəşəriyyətin sülhü və rifahı üçün dünyanın beşdən böyük olduğunu sizə xatırlatmağa davam edəcəyik.
Türkiyə iqtisadi və hərbi gücü ilə bölgəsində sülh əzmi və əzminə malikdir".
Telegram kanalımız