Ərdoğan G20-nin sammitində iştirak etmək üçün İtaliyaya gedib

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan G20-nin sammitində iştirak etmək üçün İtaliyaya gedib

Siyasət

30 Oktyabr 2021 00:24 1615


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın paytaxtı Romaya yola düşüb.

Yenisabah.az xəbər verir ki, Türkiyə Prezidentini Atatürk Hava Limanında vitse-prezident Fuat Oktay və İstanbul valisi Əli Yerlikaya yola salıblar.

R.T.Ərdoğan oktyabrın 30-31-də "Böyük İyirmilik" (G20) ölkələrinin liderlərinin Roma sammitində iştirak edəcək. pizza mizza

G20-nin Roma sammitində keçiriləcək görüşlərdə dünya liderlərinin koronavirus pandemiyası fonunda qlobal iqtisadiyyatı bərpa etməyin yolları, iqlim dəyişikliyi, ekologiya, davamlı inkişaf və miqrant böhranı kimi məsələlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.

Sammit çərçivəsində Türkiyə Prezidentinin bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!