Ərdoğan Hindistana başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Hindistana başsağlığı verdi

Siyasət

04 İyun 2023 22:33 712


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda baş verən qatar qəzası ilə bağlı başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, prezident bu barədə Tvitter hesabında paylaşım edib.

“Hindistanın Odişa əyalətində baş verən qatar qəzasında həyatını itirənlərin ailələrinə, Hindistan xalqına və hökumətinə öz adımdan və millətim adından başsağlığı verir, yaralılara şəfalar diləyirəm. Türkiyə olaraq yaraların sağalması üçün Hindistanın yanındayıq”, - paylaşımda qeyd edilib. pizza hut

Qeyd edək ki, iyunun 2-də Hindistanın Odişa ştatında sərnişin və yük qatarı toqquşub. Qəzada 288 nəfər ölüb, 900-dən çox insan yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!