Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 18-19-da Tehranda rəsmi səfərdə olacaq. O, burada İran və Rusiya Federasiyası prezidentləri ilə görüşəcək.
Yenisabah.az xəbər verir ki, Türkiyə Rəyasət Heyətindən verilən məlumata görə, Ərdoğanın səfəri İran prezidenti İbrahim Rəisinin dəvəti ilə həyata keçirilir.
İyulun 19-da iki ölkə prezidentlərinin sədrliyi ilə Tehranda Türkiyə-İran yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yeddinci iclası keçiriləcək. pizza sifarişi
Şuranın iclasında Türkiyə-İran münasibətlərinin bütün aspektləri və ikitərəfli əməkdaşlığın yaxşılaşdırılması istiqamətində atılan addımlar müzakirə olunacaq.
Səfər zamanı həmçinin regional və beynəlxalq məsələlər müzakirə ediləcək.
İyulun 19-da Ərdoğan Rusiya və İran prezidentlərinin iştirakı ilə keçiriləcək üçtərəfli sammitdə iştirak edəcək.
Sammitdə Suriyadakı cari hadisələr, terror təşkilatlarına qarşı mübarizə, siyasi nizamlama istiqamətində səylər, humanitar vəziyyət və suriyalıların öz ölkələrinə könüllü qayıtması məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Sammit çərçivəsində Türkiyə və Rusiya liderlərinin ikitərəfli görüşü baş tutacaq.
Telegram kanalımız