Ərdoğan İsraili nasistlərlə eyniləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan İsraili nasistlərlə eyniləşdirdi

Dünya

09 Fevral 2024 14:53 538


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza sektorunu bombalamasını İkinci Dünya Müharibəsi zamanı nasistlərin hücumları ilə müqayisə edib.

Yenisabah.az xəbər verir ki, o, bunu İstanbulda keçirilən İƏT Gənclər Forumunun iştirakçılarına müraciətində deyib.

“Bütün dünyanın gözü qarşısında İsrail və onun işğalçı qüvvələri əsasən uşaq və qadın olan fələstinliləri qətlə yetirir. Minlərlə fələstinli qardaşımız vəhşicəsinə işgəncələrə məruz qalıb. İsrailin birbaşa mülki əhalini hədəf alan bombalı hücumları nəticəsində 67 mindən çox günahsız fələstinli yaralanıb. İbadət yerləri, məktəblər, xəstəxanalar və bütün mülki infrastruktur İsrailin nasistlərin hücumları ilə müqayisə oluna biləcək hücumlarının hədəfinə çevrilib”, - deyə Ərdoğan qeyd edib. Pepperoni pizza

Türkiyə lideri xatırladıb ki, ölkəsi və digər müsəlman dövlətləri İsrailin insanlığa qarşı cinayətləri və müharibə qaydalarını pozması beynəlxalq ictimaiyyətin diqqətindən yayınmaması üçün ciddi səylər göstərir:

“İslam ölkələrinin Qəzzada İsrail zülmünə qarşı birgə reaksiya verməsini və birgə hərəkət etməsini təmin etmək üçün diplomatik işləməyə davam edirik. 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və ərazi bütövlüyünə malik Fələstin dövləti yaradılana qədər mübarizəmizi davam etdirəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!