Ərdoğan İsveçin NATO-ya üzvlüyündən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan İsveçin NATO-ya üzvlüyündən danışdı

Siyasət

25 İyul 2023 15:57 687


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 24-də Türkiyə Nazirlər Kabinetinin iclasından sonra çıxışında Stokholmun Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması perspektivlərini şərh edərkən qeyd edib ki, Türkiyə parlamenti bu məsələ ilə bağlı qərar verəcək. 

Yenisabah.az xəbər verir ki , bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

“İsveçin NATO-ya üzvlük protokolları ilə bağlı yekun qərarı verəcək qurum Türkiyə Parlamentidir. Şübhə etmirik ki, millət vəkillərimiz ölkəmizin maraqlarının tələb etdiyi hər şeyi edəcəklər”, – deyə Ərdoğan bildirib. pizza sifarişi

O qeyd edib ki, İsveçin alyansa üzvlük prosesi ilə bağlı qarşılıqlı addımlar NATO-nun Vilnüs sammitində Türkiyə prezidenti, İsveçin Baş naziri və NATO baş katibinin görüşünün nəticələrinin birgə bəyanatı ilə aydınlaşdırılıb:

“Biz parlamentimizin payız sessiyası başlayanda üzərimizə düşən hissəni (NATO-nun Vilnüsdə keçirilən sammitində əldə olunmuş razılaşmaları – red.) yerinə yetirəcəyik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!