Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinin ikinci turunda qalib gəlmək ehtimalı var, lakin onun üstünlüyü 10 faizdən az olacaq.
Yenisabah.az yerli KİV-ə istinadla xəbər verir ki, Türkiyədə keçirilən iki sorğuda da oxşar mənzərə ortaya çıxıb. Belə ki, “Areda”nın sorğusuna əsasən, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəvəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ikinci tura keçsələr, ölkənin hazırkı lideri 53,5%, rəqibi isə 46,5% səs toplayacaq.
“Sonar”ın keçirdiyi digər sorğu nəticəsində isə Ərdoğan 52,1%, Kılıçdaroğlu isə 47,9% səs toplayıb. Pepperoni pizza
“Areda”nın araşdırması da göstərir ki, Ərdoğanın ilk turda qalib gəlməklə yanaşı, 51,4% səs toplamaq şansı da var.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, namizəd birinci turda mütləq səs çoxluğu qazanarsa, ikinci tur olmayacaq.
“Sonar”ın sorğusu göstərir ki, Türkiyənin hazırkı lideri ilk turda qalib gəlmək üçün lazımi sayda səs toplamasa da, səslərin ən azı 46,1 faizini alacaq.
Telegram kanalımız