Ərdoğan Kılıçdaroğlunu 4 faiz qabaqladı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Kılıçdaroğlunu 4 faiz qabaqladı

Siyasət

02 May 2023 10:20 761


14 mayda Türkiyədə keçirilməsi planlaşdırılan prezident və parlament seçkiləri yaxınlaşdıqca, müxalifət və iqtidar cəbhəsi arasındakı gərginlik artmaqda davam edir. 

Yenisabah.az xəbər verir ki, bir sıra analitik mərkəzlərin sorğu nəticələrinə görə hazırda Prezident Rəvəb Tayyib Ərdoğan rəqibi Kemal Kılıçdaroğlunu qabaqlamaqda davam edir.

Belə ki, “Optimar” sorğu mərkəzinin yayımladığı anketdən də bəlli olur ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Prezident Ərdoğan Cümhuriyyət Xalq Partiyası (CHP) sədri Kemal Kılıçdaroğlunu sonuncu sorğuda 4% faiz qabaqlayıb. Dördpendirli pizza

Nəticələrə əsasən, Prezident Rəcəb Tayyib Ərdoğan 48.6%, Kemal Kılıçdaroğlu 44.1%, Muharrem İnce 4.3%, Sinan Oğan isə 3% səs toplayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!