Ərdoğan Küveyt vəliəhdi ilə Somalidəki vəziyyəti müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Küveyt vəliəhdi ilə Somalidəki vəziyyəti müzakirə etdi

Siyasət

30 Dekabr 2025 00:51 602


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əs-Sabah ilə telefon danışığı aparıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumatda telefon danışığı zamanı İsrailin Somaliləndin tanınması ilə bağlı qərarı, eləcə də Somalinin ərazi bütövlüyünün dəstəklənməsi məsələləri müzakirə edildiyi bildirilib. Dördpendirli pizza

Ərdoğan həmçinin, daimi atəşkəsin və sülhün təmin olunması ilə birlikdə Qəzzanın yenidən bərpasına başlanacağına ümid etdiyinu, bu prosesdə Türkiyə ilə Küveytin əməkdaşlığının vacib olduğunu da əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!