Ərdoğan Mişellə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Mişellə görüşdü

Siyasət

10 İyul 2023 23:47 773


Avropa Şurasının rəhbəri Şarl Mişel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti öncəsi Ankara ilə Aİ arasında münasibətlərə yeni təkan vermək imkanını müzakirə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Mişel “Twitter” hesabında yazıb.

“NATO sammitində Prezident Ərdoğanla yaxşı görüş keçirdik. Biz əməkdaşlığımızı daha mənalı etmək və əlaqələrimizə yeni təkan vermək yollarını araşdırdıq”, - o bildirib. Dominos pizza

Qeyd edək ki, Ərdoğanla Mişelin görüşü Türkiyənin Avropaya inteqrasiyası ilə bağlı dialoqu bərpa etmək məqsədi daşıyıb. Görüşdən öncə və sonra Türkiyə, İsveç və NATO arasında üçtərəfli danışıqlar olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!