Ərdoğan Orbanı andiçmə mərasiminə dəvət etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Orbanı andiçmə mərasiminə dəvət etdi

Siyasət

01 İyun 2023 00:39 775


Macarıstanın baş naziri Viktor Orban telefon danışığında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı növbəti 5 il müddətinə prezident seçilməsi münasibətilə təbrik edib və ondan andiçmə mərasiminə dəvət alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə çərşənbə günü Macarıstanın baş nazirinin mətbuat katibi Bertalan Havaşi məlumat verib.

O qeyd edib ki, qitə bir çox təhlükəsizlik çağırışları ilə üz-üzə qaldığından türk elektoratının qərarı və Türkiyənin sabitliyi bütün Avropa üçün yaxşı xəbərdir və bu baxımdan, güclü və etibarlı Türkiyəyə ehtiyac var. Marqarita pizza

Mətbuat katibinin sözlərinə görə, Ərdoğan təbrikə görə həmsöhbətinə təşəkkür edib, Macarıstan-Türkiyə münasibətlərinin daha da inkişafına hazır olduğunu bildirib və Orbanı yubileyi münasibətilə təbrik edib. Çərşənbə günü baş nazirin 60 yaşı tamam olub.

Bundan əlavə, Ərdoğan Orbana Türkiyədə keçiriləcək andiçmə mərasiminə dəvətini çatdırıb və Macarıstanın baş naziri bunu minnətdarlıqla qəbul edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!