Ərdoğan Putinlə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Putinlə danışdı

Siyasət

11 İyul 2022 19:04 841


Qara dəniz bölgəsində taxıl ixracı üçün təhlükəsiz dəhliz planı üzərində hərəkət etməyin vaxtıdır.

“Yeni Sabah” xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib. Telefon danışığı zamanı Suriyadakı vəziyyət, Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması müzakirə edilib.

Suriyada transsərhəd mexanizminin genişləndirilməsinə önəm verdiyini vurğulayan Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlər yaratmaq planı ilə bağlı hərəkətə keçməyin vaxtının çatdığını bildirib. Dördpendirli pizza

Ukrayna ilə Rusiya arasındakı müharibənin davamlı və ədalətli sülhlə, danışıqlar yolu ilə sona çatması lazım olduğunu təkrarlayan prezident Ərdoğan Türkiyə olaraq danışıqlar prosesinin canlandırılmasına hər cür töhfə verməyə hazır olduqlarını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!