Ərdoğan Putinlə sərhəddəki vəziyyəti müzakirə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Putinlə sərhəddəki vəziyyəti müzakirə edəcək

Siyasət

14 Sentyabr 2022 17:00 838


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək.

“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, Özbəksitanın Səmərqənd şəhərində R.T.Ərdoğanla V.Putin arasında görüş olacaq. Agentliyin xəbərinə görə, dövlət başçıları bir sıra məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti də müzakirə edəcəklər. pizza sifarişi

Qeyd edək ki, sentyabrın 15-16-da Özbəksitanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək. Həmin toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanda iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!