Ərdoğan Putinlə Zelenskini görüşdürməkdə israrlıdır:   “Ən qısa zamanda...“

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Putinlə Zelenskini görüşdürməkdə israrlıdır: “Ən qısa zamanda...“

Siyasət

31 Mart 2022 15:25 282


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski ilə bu həftə danışıqlar aparmağı planlaşdırdığını, onların görüşünün təşkili mövzusunu gündəmə gətirmək niyyətində olduğunu bildirib.

Yenisabah.az xəbər verir ki, Ərdoğan bunu martın 31-də Özbəkistandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.

"Mən Özbəkistandan qayıdan kimi həm cənab Putinlə, həm də cənab Zelenski ilə danışıqlar aparmağa qərarlıyam. Bu danışıqlarda biz həm özümüz, həm də xalqım adından onlara təşəkkür edib deyəcəyik: "Məqsədimiz ən qısa zamanda bir araya gəlməkdir". Bu kontekstdə dövlət başçıları səviyyəsində görüşə ev sahibliyi etməyə hazırıq. Bu arada, müvəqqəti atəşkəsin təmin edilməsi çox vacibdir". pizza sifarişi

Ərdoğan onu bildirib ki, Türkiyə Rusiyaya qarşı sanksiyalarda iştirak etməyəcək.

“Biz əvvəllər dəfələrlə Rusiyaya qarşı sanksiyalarda iştirak etməyəcəyimizi bəyan etmişik və bunun səbəblərini açıqlamışıq”, - Ərdoğan deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!