Ərdoğan Qazaxıstana getdi - Sabah Putinlə görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Qazaxıstana getdi - Sabah Putinlə görüşəcək

Siyasət

12 Oktyabr 2022 11:25 733


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərə yola düşüb.

Yenisabah.az xəbər verir ki, Türkiyə dövlətinin başçısını geniştərkibli nümayəndə heyəti müşayiət edir.

Astana şəhərində rəsmi qarşılanmadan sonra Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş olacaq. pizza sifarişi

Astanada iki qardaş ölkə prezidentlərinin iştirakı ilə Türkiyə-Qazaxıstan Ali Səviyyəli Əməkdaşlıq Şurasının dördüncü toplantısı keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanın dövlət və hökumət nümayəndələri qarşısında çıxışı nəzərdə tutulub.

Səfər çərçivəsində oktyabrın 13-də Astana şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi də gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!