Ərdoğan Rəisi ilə Qəzzanı müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Rəisi ilə Qəzzanı müzakirə etdi

Siyasət

26 Noyabr 2023 23:36 804


Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə aparılan danışıqlardan sonra Türkiyə Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, danışıqlarda İsrailin Qəzzaya həmlələri, fələstinlilərə humanitar yardım fəaliyyətləri və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib. Sezar pizza

“Başda Türkiyə və İran olmaqla İslam dünyasının ortaq mövqe nümayiş etdirməsinin önəmini Prezident Ərdoğan görüşdə dilə gətirib”, - mətbuat xidməti diqqətə çatdırıb.

Bundan əlavə, tərəflər Rəisinin yaxın vaxtlarda Türkiyəyə baş tutacaq səfərinə hazırlıq məsələlərini müzakirə ediblər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!