Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna böhranı ilə bağlı Bali Sammitinin Yekun Bəyannaməsinin balanslaşdırılmış məzmununa diqqət çəkib və onun hazırlanmasında Türkiyə tərəfinin də iştirak etdiyi bildirilib.
Yenisabah.az “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərlə söhbəti zamanı deyib.
O, Türkiyə tərəfinin Rusiya Federasiyası ilə ABŞ arasında dialoqun təşviqinə verdiyi töhfəni iki ölkənin xüsusi xidmət orqanları rəhbərlərinin bu yaxınlarda Ankarada keçirilən görüşü fonunda şərh edib. Sezar pizza
“Türkiyə xüsusi xidmət orqanlarının məlumatlarına istinad edərək yalnız onu deyə bilərəm ki, hazırda tərəflərin nüvə silahından istifadə etmək təşəbbüsü yoxdur. Türkiyə də öz növbəsində dialoqda vasitəçi olmağa, fəal görüşlər təşkil etməyə çalışır. Allah başqa dünya müharibəsinə gətirib çıxarmasın. Buna yol verilməməlidir”, – deyə Türkiyə prezidenti bildirib.
Telegram kanalımız