Ərdoğan Rusiya və Ukrayna heyətilə görüşdü   - “Dünya şad xəbər gözləyir”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Rusiya və Ukrayna heyətilə görüşdü - “Dünya şad xəbər gözləyir”

Xalqın səsi

29 Mart 2022 11:10 1010


“Türkiyə hər iki tərəfin həssaslığını qoruyan ədalətli yanaşma nümayiş etdirir. Əvvəllər çoxlu əzabların şahidi olmuş bir ölkə olaraq, Qara dənizin şimalında oxşar mənzərənin yaşanmasının qarşısını almağa çalışırıq”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətlərilə keçirdiyi görüşdə deyib.

“Türkiyə məsuliyyəti öz üzərinə götürməkdən heç vaxt qaçmayıb. İnanırıq ki, ədalətli sülhdə uduzanlar olmayacaq. Bu faciəni dayandırmaq tərəflərin üzərinə düşür. Dərhal atəşkəs hamının marağında olardı. Biz indi elə bir dövrdəyik ki, danışıqlardan konkret nəticələr alınmalıdır. İndiki mərhələdən etibarən siz nümayəndə heyətinin üzvləri kimi öz üzərinizə tarixi bir məsuliyyət götürmüsünüz. Bütün dünya sizdən xoş xəbər gözləyir. Siz liderlərinizin göstərişi ilə sülhün əsasını qoyursunuz, biz istənilən töhfəyə hazırıq”, - deyə Ərdoğan çıxışında bildirib. pizza sifarişi

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcək.\Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!